Mina faciəsində dünyasını dəyişmiş İran diplomatı vətənində dəfn edildi

Mina faciəsində dünyasını dəyişmiş İranın Livandakı keçmiş səfiri Qəzənfər Rüknabadinin cəsədi nəhayət  Səudiyyədən vətəninə gətirilib.
Maide.az xəbər verir ki, keçmiş diplomatın cənazəsi bir sıra yüksək rütbəli məmurların iştirakı və izdihamlı mərasimlə Teran aeroportunda qarşılanıb. 
 
Cənazənin qarşılama mərasimində qəzəbli kütlə tərəfindən "Ali Səuda ölüm" şüarları səsləndirilib. 
 
Səhər gətirilən cənazə cümə namazından sonra torpağa tapşırılıb. Dəfn mərasimində İranın eks-prezidenti Mahmud Əhmədinejad da iştirak edib. 
 
Xatırladaq ki, builki Həcc mərasimində yaşanan faciədə təkcə İranın 700-dək zəvvarı həyatını itirib. Səud rejimi hələ də baş vermiş faciəyəyə görə məsuliyyəti üzərindən atır. Bir sıra mötəbər mənbələr faciənin Səud rejimi tərəfindən qəsdən törədildiyini də iddia edir.  / 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru