Toronto sakinləri müsəlmanları qoruyur

Toronto sakinləri bir kampaniya çərçivəsində ictimai yerlərdə öz müsəlman soydaşlarını qoruyurlar.
 
Maide.az xəbər verir ki, bu kampaniya “Səninlə minəcəyəm” adlanır və Toronto sakinləri müsəlmanları ictimai nəqliyyatda, metro, avtobus stansiyalarında və digər bu kimi yerlərdə görən kimi onları müşayiət edirlər.
 
Kampaniyaya müsəlmanlara son hücumlardan, xüsusilə də Toronto şəhər qatarında iki müsəlman qadına hücumdan sonra start verilib.
 
Twitterdə də istifadəçilər bu kampaniya haqda bir çox yazılar yazıb və Toronto müsəlmanlarına qarşı öz rəğbətlərini bildirirlər.
 
Qeyd edək ki, Kanada müsəlmanlarının rəhbərləri İŞİD terroristlərinin əməlləri nəticəsində, xüsusən də Paris hadisələrindən sonra müsəlmanlara qarşı zorakılıq dalğasının artması ilə bağlı xəbərdarlıq edib.
 
Parisdə törədilən son terror hücumları nəticəsində, Qərb ölkələri müsəlmanlara qarşı nifrətdən yaranan cinayətlərin artması dalğası ilə üzləşiblər.
 
Toronto sakinləri tərəfindən habelə “.... üçün müsəlmanların yanında dayanmaq” adlı haştaq yaradılıb ki, istifadəçilər burda müsəlmanlara qarşı hücumları pisləyir və nifrətlə mübarizə aparmaq üçün müsəlmanların yanında durmağa səsləyirlər.
 
Ötən həftənin cümə günü isə Kanadanın ən böyük şəhəri sayılan Torontoda müsəlmanlara dəstək mitinqi keçirilib. /
 

Google+ WhatsApp ok.ru