Nigeriya Ərbəin karvanına qarşı terror: 20-dən artıq şəhid var FOTO

Nigeriyada müqəddəs Kərbəlaya gedən Ərbəin karvanına qarşı terror aktı törədilib.
Maide.az xəbər verir ki, hadisə nəticəsində ən azı 21 zəvvar şəhid olub. 
Terror aktı Nigeriyanın Kano ştatında törədilib. Terrorçu canlı bomba özünü İmam Hüseyn (ə) zəvvarlarının olduğu  ziyarət karvanının yanında partladıb. Hadisə şahidlərinin verdiyi məlumatlara görə, 40-dan artıq zəvvar yaralanıb. Başqa bir hadisə şahidi bildirib ki, polis üzərində partlayıcı olan şübhəlini saxlayarkən o, partlayış törədib.   /
 
 
 
 

Google+ WhatsApp ok.ru