Miqrantları daşıyan qayıq batdı

Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin  Muğla  vilayətində  qeyri-qanuni yolla miqrantları daşıyan gəmi batıb. Nəticədə iki nəfər həyatını itirib. Batan şəxslərin azyaşlı olduğu bildirilir. Mühacirlər Yunanıstana keçmək istəyiblər. Hadisə şahidlərinin köməyi ilə sahilə çıxarılan 17 nəfər miqranta polis və səhiyyə qrupları ilkin yardım göstərib. Onlar  Bodrum Dövlət Xəstəxanasına aparılıb. Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Google+ WhatsApp ok.ru