Yunanıstan və Bolqarıstanda Türkiyəyə etirazlar olub

Maide.az xəbər verir ki, Yunanıstanda  minlərlə rusiyayönümlü fəal Afinanın Sintaqma meydanında  toplaşıb. Aksiyanı alovlandıran əsas amil "Su-24" rus qırıcı təyyarəsinin  Türkiyə tərəfindən vurulması faktı olub. Nümayişçilər Rusiya parlamentinin qarşısında, eləcə də  Avropa Birliyinin nümayəndəliyi qarşısında toplaşaraq NATO əleyhinə şüarlar səsləndiriblər. Yürüş Türkiyə səfirliyi istiqamətində davam edib.
 
Bolqarıstanda da analoji aksiya təşkil edilib. Etirazçı kütlə paytaxt Sofiyada Türkiyə səfirliyi binası qarşısında toplaşıb.

Google+ WhatsApp ok.ru