Misirdə minalı hücum: 2 ölü, 8 yaralı

Ariş vilayətində patrul keşiyi çəkən polis avtomobilinin yolu üzərinə yerləşdirilən minanın partlaması nəticəsində 2 nəfər ölüb, 8-i isə yaralanıb. 
 
Maide.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, naməlum şəxslər Ariş şəhərinin qərbindəki əl-Məsaid bölgəsində yola yerləşdirdikləri minanın patrul keşiyi çəkən polis maşının keçdiyi vaxt partlaması nəticəsində yaralanan 8 polis hərbi xəstəxanaya yerləşdirilib.
 
Partlayışla əlaqədar başqa bir məlumat verilməyib. Hadisəni isə hələlik heç kəs öz üzərinə götürməyib. 

Google+ WhatsApp ok.ru