Misir məhkəməsində açıqlama: Mursi xilafət qurmaq istəyirdi

Misirin keçmiş daxili işlər naziri Məhəmməd İbrahim devrilmiş prezident Məhəmməd Mursinin də müttəhimlər arasında yer aldığı məhkəmə iclasında, "Mursinin xilafət qurmaq istədiyini" söyləyib.
 
Maide.az xəbər verir ki, məhkəmə mənbələrindən açıqlanana məlumata görə, Məhəmməd Mursi və 10 nəfərin "Qətər adına casusluq" ittihamının mühakimə olunduğu məhkəmə iclasında şahid kimi dindirilən keçmiş nazir Məhəmməd İbrahim, Qətərə bəzi gizli sənədlərin ötürülməsi məsələsində, "Əgər baş versəydi, o planlı bir şəkildə törədilmiş cinayət olacaqdı və ölkənin milli təhlükəsizliyinə təsir edəcəkdi" - deyib.
 
İbrahim, "Müsəlman Qardaşlar Təşkilatı (İxvan) əvvəlcədən Prezident qurumlarına sızıb, bəziləri qurum daxilində vəzifə aldı. Mursinin müşavirlərindən Əymən Hüdhüd, keçmiş Prezident Adminstrasiya Divanı sədr müavini Əsəd Şeyxa kimi yaxalanıb, məhkəmə qarşısına çıxardılar və məhkum edildilər" deyə bildirib.
 
Məhəmməd İbrahim Mursinin də iştirak etdiyi məhkəmə iclasında həmçinin, "Məhəmməd Mursi ölkədə xilafət yaratmaq niyyətindəydi" söyləyib.
 
Məhkəmə prosesi, Milli Təhlükəsizlik Nazirliyindən general-mayor Adil Azebin ifadəsinin dinlənməsi üçün 7 sentyabra qədər təxirə salınıb.

Google+ WhatsApp ok.ru