Son dəqiqə: İraqda 18 türk işçi qaçırıldı

İraqda türk işçilərə hücum olub.
Maide.az xəbər verir ki, hadisə İraqın paytaxtı Bağdadda baş verib.
Maskalı şəxslər 18 türk işçini naməlum istiqamətə qaçırıblar. Həmin şəxslərin kim olduğu və hansı səbəbdən işçiləri qaçırdığı hələlik məlum deyil.
İşçilərin Bağdadın şərqində Sədr istiqamətində bir idman kompleksinin tikintisində işlədikləri bildirilir.//

Google+ WhatsApp ok.ru