Sionist rejim fələstinlilərə qarşı qadağan olunmuş güllələrdən istifadə edir

Britaniyada İnsan Hüquqları üzrə Ərəb Təşkilatı yaydığı hesabatda bildirib ki, Sionist rejimi dünya səviyyəsində qadağan edilmiş silahlardan istifadə edir.
Maide.az xəbər verir ki, Təşkilatın bəyanatında deyilir: İsrail rejimi işğal olunmuş Fələstin torpaqlarında vətəndaşlara qarşı zəiflədilmiş urandan, ağ fosfor və qəlpədən istifadə edir ki, bunun nəticəsində minlərlə fələstinli şəhid olub və ya yaralanıb.
Sionist rejimi 2015-ci il oktyabr ayının əvvəlindən dinc etirazçılara qarşı qadağan edilmiş güllələrdən və partlayıcı qəlpələrdən istifadə edib.
Məlumatda bildirilir ki, Sionist rejimi birinci və ikinci intifada dövründə quyruqlu güllələrdən kütləvi istifadə etmişdir- bu güllələr yumru yivlər formasında bədənə daxil olaraq insanın ölümünə və ya daimi əlilliyinə səbəb olur.
Britaniyada İnsan Hüquqları üzrə Ərəb Təşkilatı Fələstin Sionist rejimi tərəfindən atılan güllələrin növləri ilə bağlı lazımi sənədləri toplamaq üçün Səhiyyə Nazirliyini xəstəxanalara təlimat göndərməyə çağırıb.
Təşkilat həmçinin BMT baş katibini və Avropa Birliyini fələstinlilərin qətlinə son verməyə və döyüş güllələrindən və partlayıcı sursatlardan istifadə etməyi dayandırması üçün Tel-Aviv rejiminə təzyiq göstərməyə çağırıb./
 

Google+ WhatsApp ok.ru