Yanacağı qurtaran Qəzza qaranlıqda qaldı

Qəzza zolağının yeganə elektrik stansiyasının yanacağı qurtardığı üçün elektrik istehsalı dayandırılıb. Bu barədə məlumatı Qəzzanın Təbii Sərvətlər və Enerji qurumu yayıb. Qurumun yaydığı bəyanatda, “Stansiyanı işlədəcək yanacaq olmadığından elektrik enerjisi istehsalı dayandırılmışdır.” yazılıb. 
 
Açıqlamada bildirilib ki, elektrik enerjisi istehsalının dayandırılması abonentlərin təminatında da böyük problemlərə səbəb olacaq. 
 
Qurum daha əvvəl verdiyi bəyanatda istehsal üçün lazım olan yanacaqda vergidən azad olmaq müddəti başa çatdığı üçün stansiyanın işinin tamamilə dayanacağını açıqlamışdı. 
 
Fələstin hökuməti mart ayında Qəzza elektrik stansiyasının 3 ay yanacaq vergisindən azad olunacağını bildirmişdi. 
 
Qeyd edək ki, elektrik stansiyası ehtiyacını qarşılamaq üçün hər ay 10.4 milyon dollar vergi ödəməlidir. Qəzza enerji qurumu isə yanacağı 0.8 dollar vergi ödəmədən, öz qiymətinə almaq istəyir. 

Google+ WhatsApp ok.ru