MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir 01 Oktyabr 2020 15:24 Qarabağ xəbərləri Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib. Teqlər : #MN:,#Azərbaycan,#Ordusu,#yalnız,#hərbi,#obyektlərə,#zərbə,#endirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Prezidentinin köməkçisi Ermənistana xəbərdarlıq edib Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni