MN: Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub (VİDEO) 05 Oktyabr 2020 10:30 Qarabağ xəbərləri Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir. Raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiq edən video təqdim olunur. Teqlər : #MN:,#Azərbaycan,#ərazisi,#Ermənistandan,#raket,#atəşinə,#tutulub,#(VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı Azərbaycan ərazilərini hədəf alan raketlər haradan atılıb? - XƏRİTƏ
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni