MN: Erməni tərəfi hər döyüşdə iki-üç qat artıq itki verir 18 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a bildirilib ki, hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir. "Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabina düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endiriləcək. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq", - deyə məlumatda bildirilir. Teqlər : #MN: Erməni tərəfi hər döyüşdə ikiüç qat artıq itki verir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağda döyüşlər: - Düşmən itki verdi Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 89 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni