Ümrə ziyarətinə gedən avtobus aşıb, 14 zəvvar həyatını itirib

İordaniyanın cənubunda baş verən yol qəzasında 14 fələstinli zəvvar həyatını itirib.
Maide.az BBC-yə istinadən xəbər verir ki, zəvvarların avtobusu aşıb.
Daha 36 nəfər yaralanıb.
Hökumət nümayəndələrinin məlumatına görə, avtobusun sürücüsü Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında, paytaxt Ammandan 320 km cənubda idarəetməni itirib.
Qeyd edək ki, zəvvarlar ümrə ziyarətinə gedirlərmiş.

Google+ WhatsApp ok.ru