Müsəlmanlara dəstək kampaniyası: “Səfehliyə qarşı kabab”

Çexiyada müsəlmanlara dəstək olaraq ümumxalq aksiyası keçirilib.
 
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, çexlər yapon əsilli siyasətçinin islamafobiya məzmunlu bəyanatlarına cavab olaraq müsəlmanların restoranlarına gedib və kabab yeyiblər.
 
Xatırladaq ki, Çexiya sağ radikal partiyanın lideri, yapon əsilli siyasətçi Tomio Okamura çexləri məscidlərin yanında donuzları və itləri gəzdirməyə, müsəlmanların restoranları və mağazalarını boykot etməyə çağırıb. Okamurının irqçi bəyanatlarına cavab olaraq çexlər “Tomio üçün kabab” aksiyasını təşkil ediblər və minlərlə insan Şərq mətbəxinin yeməklərini yemək üçün müsəlmanların qəlyanaltı və restoranlarına  gediblər.
 
Sosial şəbəkələrdə isə çexlər daha bir kampaniyaya başlayıblar. “Səfehliyə qarşı kabab” adlanan kampaniya ölkənin müsəlman icması ilə həmrəylik nümayiş etdirmək üçün keçirilir. /

Google+ WhatsApp ok.ru