Müsəlmanların başına bomba yağdırır, özü isə iftar süfrəsi açır

ABŞ prezidenti Barak Obama Ağ evdə ənənəvi iftar ziyafəti təşkil edib. Ziyafətdə konqresin müsəlman üzvləri, ABŞ müsəlman icmasının nümayəndələri, müsəlman ölkə səfirliklərinin diplomatik korpusu və s. iştirak ediblər. Ziyafətdə həmçinin hicablı olduğu üçün işdən çıxarılan Samanta Elaufun da iştirak etdiyi bildirilir. 
 
İftar ziyafətində çıxış edən Obama Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışıb. Bu ayın fədakarlıq, səbr və intizam tələb etdiyini deyən ABŞ prezidenti, inancımız nə olursa-olsun, biz bir ailəyik – deyib.
 
Maraqlıdır ki, ABŞ prezidenti Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətini başa düşdüyünü deyir, amma digər tərəfdən də müsəlmanların qətliamında birbaşa əli olan rejimlərə və terror təşkilatlarına dəstək göstərir. Uzun illərdir Suriyada yurd-yuvalarından didərgin salınan insanlar İŞİD terrorçularının əsirinə çevrilib. Suriyaya demokratiya gətirəcəyini iddia edib, minlərlə günahsız insanın başının kəsilməsinə, qətliamına göz yumur, terrorçuları ən müasir silahlarla təmin edir. İraqdan çəkildiyini desə də, hələ də bu ölkədə öz varlığını təmin etmək üçün hökumətə basqılar edir, İŞİD-in daha çox əraziləri zəbt etməsi üçün İraq ordusu daxilindəki havadarları vasitəsilə şəhərlərdən çəkilir. Fələstində İsrail rejiminin, Yəməndə isə Səudiyyə rejiminin mütəmadi hal alan bombardmanları da göz önündədir. Sözügedən bu 4 ölkənin hər birindəki münaqişələrə görə birbaşa ABŞ hökuməti günahkardır.

Google+ WhatsApp ok.ru