İraqda İŞİD liderlərindən biri məhv edilib

ABŞ-ın Hərbi-Hava Qüvvələri İŞİD qruplaşmasının liderlərindən biri Əli Əl-Hərzini məhv edib.
 
Bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
 
Məlumata əsasən, terrorçu iyunun 15-də İraqın Mosul şəhərində hava zərbəsi nəticəsində məhv edilib.
 
Açıqlamada qeyd olunur ki , Əli Əl-Hərzi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə edilən hücumun iştirakçısı olub.
 
Xatırladaq ki, o zaman ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla, 4 ABŞ vətəndaşı öldürülmüşdü.

Google+ WhatsApp ok.ru