Müsəlmanlar Myanmaya qarşı sanksiya tətbiq edə bilərmi?

Müsəlmanlar Myanmaya qarşı sanksiya tətbiq edə bilərmi?

Bu gün Myanmada müsəlmanlara qarşı edilən işgəncələr göz önündədir. Bəs görəsən bu hadisələrin qarşısını necə almaq olar? Müsəlman ölkələri Myanma hökumətinə sanksiya tətbiq edə bilərlərmi?  Bu bir suala cavab tapmaq üçün  “Mehr” xəbər agentliyi  kiçik bir araşdırma aparıb. 
 
Maide.Az həmin araşdırmanın xülasəsini oxuculara təqdim edir: 
 
Araşdırmaya əsasən, Myanma hökuməti ilə  ticarət mübadiləsi olan ölkələr əsasən Pakistan (10 milyon dollar – 0.06 faiz) , Səudiyyə Ərəbistan (96 milyon dollar – 0.06 faiz) , BƏƏ (148 milyon dollar – 1 faiz), İndoneziya (593 milyon dollar – 3.7 faiz) , Malayziya(690 milyon dollar – 4.4 faiz), Sinqapurdur. (2 milyard 268 milyon – 14.4 faiz ) Myanmaya ixracatın qalan 75 faizi isə digər ölkələrin payına düşür. 
 
Ümumilikdə  digər İslam ölkələrindən Myanmaya ixracatın  həcmi təqribən 1379743 dollar, idxalatının həcmi isə 3806952 dollardır.
 
Araşdırmanın sonunda  məlum olur ki, İslam ölkələri ticarət mübadiləsini Myanma hökumətinə müsəlmanların soyqırımını dayandırmaq üçün istifadə edə bilər.
 
 

Google+ WhatsApp ok.ru