NASA: 2020 bütün dövrlərin ən isti ili olacaq

NASA: 2020 bütün dövrlərin ən isti ili olacaq

 
İngiltərənin "Guardian" qəzeti yazır ki, 2020-ci il bu vaxta qədər qeydə alınan ən isti dövr ola bilər.
 
Maide.Az xəbər verir ki, NASA Goddard Kosmik Tədqiqatlar İnstitutunun direktoru Qavin Şmit tərəfindən aparılan araşdırmaya görə, bu vəziyyətin təyin olunma ehtimalı 60 faiz təşkil edir.
 
Milli Okean və Atmosfer Ofisinin (NOAA) verdiyi açıqlamada bu ehtimalın 75 faiz olduğu vurğulanır.
 
2020 ən isti il   olmasa da, bu günə qədər qeydə alınan 5 isti ilin biri hesab olunur. Çünki mütəxəssislər 2020-ci ilin ən isti 5 ildən biri olma ehtimalını 99 faiz hesablayıblar.
 
Bütün dünyanı təhdid edən qlobal istiləşmənin gələcək illərdə dünya xəritəsini necə dəyişdirəcəyini heç düşündünüzmü? Buzlaqlar əriyir və təəssüf ki, heç kim onu   dayandıra bilməz. Belə davam edərsə, nə ilə qarşılaşacağıq?
 
Kristian Aid tərəfindən yayımlanan hesabat, qlobal istiləşmənin nəticələri ilə bağlı olduqca ciddi xəbərdarlıqlar edir.
 
Bütün buzlaqlar əriyərsə, dəniz suyunun orta səviyyəsi 65 metrə yüksələcək. Bu o deməkdir ki, dəniz səviyyəsinə yaxın ərazilər su altında qalacaq.
 
Məlumata görə, buzlaqların əriməsindən ciddi şəkildə zərər çəkəcək ölkələrdən biri də İngiltərədir. Buzlaqlar əriyərsə, İrlandiya Respublikasının və Böyük Britaniyanın sahil tərəfləri su altında qalacaq, adalar getdikcə kiçiləcək.

Google+ WhatsApp ok.ru