İran uğurlu raket sınağı keçirdi - VİDEO

Maide.az xəbər verir ki, İran İslam Respublikası növbəti dəfə raket sınağı keçirib. Bildirilir ki, "Emad" adı verilən raketin sınağı uğurla başa çatıb. Raketin texniki xüsusiyyətləri barədə danışan müdafiə naziri Hüseyn Dehqan bildirib ki, bu raket hədəfi vuranadək idarə edilib.
 
Raket uzaqmənzillidir.
 
Qeyd edək ki, İran, müdafiə təlimlərinin sadəcə önləmə xarakterli olduğunu təkrarlamaqla, hərbi qüdrətinin digər ölkələrə heç bir təhlükə yaratmadığını dəfələrlə bəyan edib.

Google+ WhatsApp ok.ru