Naxçıvan atəşə tutulur 07 Aprel 2016 01:00 Qarabağ xəbərləri “Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasındakı Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub”. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir. Maide.az xəbər verir ki,Nazirlik bildirir ki, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək bu rayonlardakı mövqelər Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlardan atəşə tutulub. Məlumatda qeyd edilir ki, qarşı tərəfə cavab atəşləri atılıb. Tərəflər aprelin 5-i saat 12-dən etibarən cəbhədə əməliyyatların durdurulması ilə bağlı razılığa gəliblər. Bu razılaşma Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib. / Teqlər : #Naxçıvan atəşə tutulur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pilotun ailəsi məlumat istəyir Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini 119 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni