NÜCƏBA: ABŞ terrorizmi yenidən Bağdada qaytarmaq istəyir

NÜCƏBA: ABŞ terrorizmi yenidən Bağdada qaytarmaq istəyir

İraqdakı "Nücəba" İslami Müqavimət Hərəkatı verdiyi açıqlamada, ölkədəki son terror hadisələrinin ABŞ sifarişi ilə edildiyini açıqlayıb.  

 
Maide.az İQNA -a istinadla xəbər verir ki, hərəkat ABŞ-ın hələ də İraqdakı İŞİD terror qruplaşmasının əsas etnik-dini parçalanma layihəsi çərçivəsində rolunu nəzərdən keçirdiyini söyləyib.  
 
Açıqlamada qeyd olunub ki, ABŞ Suriyadan çox sayda terrorçunu İraqa köçürərək terrorun İraqa qaytarılmasını istəyir.  
 
Hərəkat Fərat çayının şərqində İŞİD terrorçularının aktivləşməsinin və Kərkükdəki terror hücumlarının ABŞ-ın dağıdıcı planlarının sübutu olduğunu vurğulayıb. 

Google+ WhatsApp ok.ru