Suriya Ordusu: Bu axşamdan hərtərəfli  atəşkəs icra olunacaq

Suriya Ordusu: Bu axşamdan hərtərəfli atəşkəs icra olunacaq

Suriya Ordusu elan edib ki, dekabrın 29-dan 30-na keçən gecə yerli vaxtla saat 00:00-dan ölkədə atəş kəs elan olunacaq. 
 
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, Suriya Ordusu elan edib ki, bu atəşkəs ölkədə qarşıdurmalara son verəcək və siyasi danışıqlarla problemin həllinə zəmin yaradacaq. 
 
"Suriya Silahlı Qüvvələrinin bir sıra istiqamətlərdə əldə etdiyi qələbə və uğurlardan sonra, komandanlıq Suriya Ərəb Respublikasının bütün ərazisində dekabrın 30-da saat 00:00-dan hərbi əməliyyatların tam dayandırılması barədə elan edir" - deyə, bəyanatda deyilir.
 
Qeyd edək ki, bundan öncə Rusiya və Türkiyə, Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlmişdilər. Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. 
 
Məlumata görə, "İŞİD" və "Əl-Nüsrə" kimi terror qruplaşmalarına bu atəşkəs şamil edilmir. 
 
Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. 

Google+ WhatsApp ok.ru