Netanyahu İsveç xarici işlər nazirinin açıqlamasından hiddətlənib

Sionist rejim baş naziri İsveç xarici işlər nazirinin İsrail rejimi tərəfindən fələstinlilərin qeyri-qanuni edamları barəsindəki açıqlamasına reaksiya verib.
 
Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Benyamin Netanyahu başçılıq etdiyi Likud partiyasının iclasında deyib: İsveç baş naziri Stefan Lovenlə telefon söhbətində bu ölkə xarici işlər naziri Marqut Velstromun İsrail hərbçiləri tərəfindən fələstinlilərin edam olunması barədəki tənqid xarakterli açıqlamasına etirazını bildirib.
 
İsveç xarici işlər naziri bu ölkə parlamentində fələstinlilərin tərəfini saxlamağa dair bəzi nümayəndələrin açıqlamasına cavabda deyib: Şübhəsiz heç kim sərtliyi himayə etmək ardınca deyil və İsrailin fələstinlilərə hücumu bir növ qeyri-qanuni edamdır.
 
Bu məsələ sionist rejimlə İsveç arasında ilk böhran deyil. Belə ki, bu rejim noyabr ayında da İsveç xarici işlər nazirinin Paristerror aktları barəsindəki sözlərinə reaksiya vermişdi.
 
Sionist rejimin İsveçlə ixtilafları bu ölkənin ötən il BMT-də Fələstin dövlətini rəsmən tanımasından sonra böyüməyə başlayıb. /
 

Google+ WhatsApp ok.ru