İngiltərə qəzeti: `Oruc vasitəsi ilə immun sisteminin bərpası`

İngiltərənin gündəlik internet qəzeti olan «Daily Health Post» maraqlı məqalə dərc edib. Maide.az-ın məlumatına görə, məqalədə bildirilir ki, soyuqdəymədən qorunmaq, immun sistemini qorumaq və gücləndirmək üçün bir çox insanlar vitaminlərə,dərmanlara müraciət edir, lakin xəstəlik dövrü daim davam edir: "İmmun sistemi ilə əlaqədar problemi olanlar üçün çoxli sayda təbii üsullar mövcuddur. Bu yaxınlarda alimlər immun sistemini gücləndirməyin ən yaxşı yolunu tapıblar ki, bu üsul tamamilə pulsuzdur, hətta yaşlı insanlar üçün də keçərlidir. 
 
Tədqiqatlar göstərib ki, oruc tutan zaman immunitetin qalxmasına səbəb olan leykosidlər yaranır. Leykosidlər orqanizmdən infeksiyaları kənarlaşdırır. İmmun sistemini tam bərpa etmək üçün 3 gün oruc tutmaq kifayətdir. 
 
Cənubi Kaliforniya Universiteti alimlərinin araşdırmalarına görə, 3 gün oruc tutmaq hətta yaşlı insanların da sağlamlığına müsbət təsir göstərir. 
 
Alimlərin sözlərinə görə, kimyəvi üsulla müalicə alan xəstələrədə bu üsul yardım edə bilər."

Google+ WhatsApp ok.ru