İngiltərədə ən populyar ad: Məhəmməd

Körpə və uşaq inkişafı ilə bağlı məlumat verən internet saytı "Babycentre" tərəfindən aparılan araşdırmaya görə, Məhəmməd kimi ərəbcə adlar son dövrdə populyarlıq qazanmağa başlayıb.
 
Maide.az xəbər verir ki, Babycentre 2014-cü ildə Məhəmməd adının 2013-cü ilə nisbətən İngiltərədə oğlan uşaqlarına qoyulan ən populyar 100 ad siyahısında 27 pillə yüksələrək ilk sırada qərarlaşıb. Saytın məlumatlarına görə, siyahıya ilk dəfə girən adlar arasında Əli və İbrahim də var.
 
Qız körpələr üçün Sofiya ən populyar addır. Siyahıya ilk dəfə girən və 29-cu sırada olan Nur ilə ötən ildən bu yana 59-cu pillədən 35-ə yüksələn Məryəm yerləşir.

Google+ WhatsApp ok.ru