İngiltərədə həkimlər yenidən etiraz aksiysı keçirir

İngiltərədə həkimlər ikinci dəfə olaraq 24 saatlıq tətilə başlayıblar . 
 
Maide.az  xəbər verir ki, minlərlə həkim bu gün İngiltərədə 24 saatlıq tətilə başlayıblar. Onlar iş şəraiti və əmək haqlarının az olmasına etiraz edirlər.
 
Həkimlərin 48 saat davam edən birinci etiraz aksiyası zamanı minlərlə cərrahiyyə əməliyyatı ləğv edilmiş və heç bir xəstə qəbul edilməmişdi. Sadəcə təcili yardım xidməti göstərilmişdi.
 
İş şəraitinə və əmək haqqının az olmasına etiraz edən həkimlər hökumətin bu məsələyə laqeyd münasibətinə tənqid edirlər.
 
Bu gün İngiltərədə həkimlərin etiraz aksiyası keçirməsi xəstəxanalar və səhiyyə mərkəzlərində bir çox problemlərin yaranmasına səbəb olub. Əhali isə yaranmış vəziyyətə görə hökuməti tənqid edir. /
 
Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

Google+ WhatsApp ok.ru