Nigeriyada intiharçı hücum nəticəsində 60 nəfər həlak olub

Nigeriyanın şimalında Boko Haramın zülmündən evlərindən didərgin düşmüş insanların düşərgəsinə iki intiharçı hücum olunub.
 
Maide.az xəbər verir ki, bu hücmlar Borno əyalətinin Maydoquri şəhərinin 85 kilometrliyində qaçqın düşərgəsində baş verib. Hücum nəticəsində 60  nəfər həyatını itirib. 
 
Hələlik heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib, lakin partlayışı Boko Haram terror qruplaşmasının törətdiyi güman edilir. Bu terrorçu qruplaşma bundan öncə də oxşar hücumlar təşkil edib. 
 
Qeyd edək ki, Boko Haram terrorçularının hücumları nəticəsində indiyədək 17  min nəfərdən çox insan həlak olub, 2.6 milyon nəfər evlərindən didərgin düşüb. /
 
 

Google+ WhatsApp ok.ru