İngiltərədə islamafobiya müsəlman qadınların işlə təmin olunmasına təsir göstərir

İngiltərədə hicablı bir qadının işlə təmin edilmə ehtimalının eyni təhsili olan hicabsız qadınla müqayisədə çox az olduğu bildirilir.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Qətərdəki Doha İnstitutundan Dr. Nəbil Xəttab və London Kral Universitetindən Dr. Şirin Hüseyn tərəfindən aparılan araşdırmaya əsasən, eyni keyfiyyətlərə malik olsalar da, hicablı müsəlman qadınlar iş tapmaq məsələsində digərlərinə nisbətən çox az şansları var.
 
Araşdırmaya görə, hicablı müsəlman qadınlarda işsizlik nisbəti 5.9 faizdən başlamaqla etnik köklərini də nəzərə alınanda 27 faizə qədər yüksəlir. Qeyri-müsəlman qadınlarda isə işsizlik nisbəti 3,5 faizdir.
Dr.Nəbil məsələ ilə bağlı verdiyi açıqlamada, İngiltərədə müsəlman qadınların iqtisadiyyatda iştirak faizinin çox aşağı olduğunu bildirərək, təhsil səviyyəsinin də bu nisbəti üstələmədiyini söyləyib. O, müsəlman qadının paltarının dini kimliyini göstərdiyi üçün işəgötürənlərin islamofobik davranışlarını aşkara çıxardığını, hicablıların daha çox ayrı-seçkiliyə məruz qaldığını qeyd edib.
 
Həmin hesabat Britaniya Sosiologiya Assosiasiyasının illik toplantısında dünən təqdim olunub.
Londonda müsəlmanlara qarşı nifrət cinayətlərində 70% artım qeydə alınıb. Ən çox rast gəlinən hal isə hicablı qadınlara qarşı olub. /
 

Google+ WhatsApp ok.ru