İNSANLIĞIN ÖLÇÜSÜ

İNSANLIĞIN ÖLÇÜSÜ

“İnsanlığın ölçüsü nədir? Hansı işlərə görə narahat oluruq? Nəyi itirdikdə, halımız pozulur və əsbiləşirik?...” və bu kimi suallara o zaman cavab tapa bilərik ki, qiymət və dəyərimizi dərk edib bilək, onun miqdarını müəyyənləşdirək!

Əgər bir nəfər maşına, evə, geyimə, mobil telefona, bir sözlə, ötəri dünya malına daha çox önəm verirsə, onun dəyər və qiyməti elə uyğun faktorlardan kənar deyil! Amma Allahın razılığını düşünən insanın nəzərində verilən faktorlar insanlıq ölçüsünə sığmır. Belə bir insan üçün dəyər və qiymət Allahın razılığıdır. Mərhum Əllamə Məhəmmədtəqi Cəfəri necə də gözəl demişdir:

“Əgər bilmək istəyirsinizsə, bir insanın dəyər və qiyməti nə qədərdir, baxın görün, həmin şəxs nəyə meyilli və bağlıdır, sevdikləri nədir? Əgər birinin eşqi ikimərtəbəli villadırsa, həqiqətdə dəyəri də elə o qədərdir. Əgər birinin eşqi maşındırsa, qiyməti elə o qədərdir. Amma birinin eşqi Allahdırsa, qiyməti də Allah qədərdir.”

Əllamə Cəfəri sözünün davamında qeyd edir ki, bu söz mənim sözüm deyil, Əli (ə) adlı ilahi rəhbərə məxsusdur. O həzrət buyurur:

قِيمَةُ كُلِّ امْرِئٍ مَا يُحْسِنُه

“Hər bir insanın dəyəri sevdiyi şeyin qiyməti qədərdir.” (“Rahe-roşd” mahnaməsi, nömrə 153, səh.7)

“İnsan öz dəyər və qiymətini nezə ölçə bilər? Qiymətini necə təyin edə bilər?” – sualına cavab tapmaq elə də çətin deyil! İnsan özünə bir nəzər yetirsin, daxili aləmini araşdırsın, görsün ki, Allah yolunda dünya malından keçə bilir ya yox? Allah yolunda xərc çəkir ya yox? Böyük dəyərlərə sahib olmaq üçün Allahla ticarətdə nə qədər sərf edə bilir? Yoxsa dünyanın bərbəzəyi qəlbini övlamış, ona aldanmışdır?! Namaz və orucun hökmlərinə əhəmiyyət verdiyi qədər, xüms və zəkatın da hökmlərinə əhəmiyyət verirmi?

Ümumiyyətlə, insanlar “infaq” və Allah yolunda xərcləmək məsələsində üç qrupa bölünürlər:

1. Bəzilər istər varlı olsun, istərsə də yoxsul, bu məsələyə laqeyd yanaşır, Allah yolunda əsla xərc çəkmirlər. (Rəvayətlərdə bu tip insanlar “ləim” (alçaq) adlandırılırlar.)

2. Bəziləri varlı olduqları zaman Allah yolunda xərc çəkir, yoxsul olduqları zaman yaxşılıqlarını dayandırırlar. Bu zümrəyə aid olanlar əksəriyyəti təşkil edir. Allah-Taala Qurani-Kərimin “Muhəmməd” surəsinin 36-38-ci ayələrində buyurur:

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ. إِنَّمَا الحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ. إِن يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ. هَاأَنتُمْ هَؤُلَاء تُدْعَوْنَ لِتُنفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاء وَإِن تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ

Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir). Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər. Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılan kimsələrsiniz. Bununla beləərinizdə xəsislik edən də vardır. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Allah zəngin, siz isə möhtacsınız...”

3. Bəziləri isə varlı olduqları zaman Allah yolunda xərcləməkdən çəkinmədikləri kimi, yoxsul olduqları zaman bundan çəkinmir və imkanları daxilində xərcləyirlər. Belələri kərim və xeyirxah adını daşıyanlardır. Allah-Taala “Ali-İmran” surəsinin 134-cü ayəsində buyurur:

الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.”

Bir sözlə, hər kim bolluqda da, qıtlıqda da “Allah yolunda xərc çəkənlər” cərgəsinə qatıla bilibsə, Allahla ticarətdə böyük mənfəətə sahib olmuş, Allahın sevgisini qazanmış, həqiqi dəyər və qiymətini əldə etmişdir.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru