Türkiyənin İŞİD qərarı 11 Sentyabr 2014 01:00 Dünya Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ötən gün iqtidar nümayəndələrinin iştirakı ilə “Beynəlxalq təhlükəsizlik mexanizmi” adlı toplantı keçirib. Baş nazir Ə.Davudoğluun sədrliyi ilə keçirilən toplantıda baş nazirin köməkçisi Bülənt Arınç, daxili işlər naziri Əfqan Ala, Milli müdafiə naziri İsmət Yılmaz, baş qərargah rəisi general Nəcdət Özəl, quru qoşunları komandanı general Hulusi Akar və digər səlahiyyətli nümayəndələr iştirak edib. Toplantıda Türkiyənin İŞİD-ə qarşı quru əməliyyatına qoşulub-qoşulmaması mövzusuna, İraq və Suriyadakı qarşıdurmalara toxunulub. Üç saat davam edən toplantıda Türkiyənin bu prosesdə hər hansısa bir hərbi əməliyyatda (quru və ya hava əməliyyatı) iştirakının mümkün olmayacağı qərarına gəlinib. İŞİD-in Suriyadakı Əsəd rejiminin bir nəticəsi olaraq göstərildiyi və buna görə də Türkiyənin müttəfiq koalisiyada yer almaması məsləhət bilinib. Qeyd edək ki, iki həftə sonra yenidən keçirilməsi gözlənilən toplantı, artıq mütəmadi olaraq təşkil olunacaq. Teqlər : #Türkiyənin İŞİD qərarı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Obama Suriyada İŞİD-ə qarşı hava zərbələrini elan etdi Ayətullah Sistani Ayətullah Xameneyinin görüşünə xüsusi nümayəndəsini göndərib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO