Orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələri açıqlandı

1362 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, qəbul olanlar avqustun 13-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 12-də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək. Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan 2116 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5039 abituriyent ərizə təqdim edib.

Google+ WhatsApp ok.ru