Orta məktəb dərslikləri lazımi səviyyədə deyil 24 Dekabr 2016 02:00 Elm, Təhsil “Azərbaycanda orta məktəb dərsliklərinin tam təkmilləşdirilməsinə ehtiyac var”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda dərslikləri yazanları bu sahədə ən səriştəli müəlliflər hesab etmək olmaz. M.Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinə verilən səlahiyyətlərə əsasən, dərslik müəllifləri ilə müqavilələrin imzalanması müsbət nəticə verəcək. İbtidai siniflərin dərsliklərindəki proqramların, məsələlərin çətin olması ilə bağlı səslənən fikirlərə gəlincə M.Vəliyeva deyib ki, bu məsələdə təzadlı fikirlər ola bilər: “Hansısa valideynin fikrincə, dövlət proqramları, dərsliklər və müəyyən standartlar çətindir. Amma dərsliklər mütəxəssislər tərəfindən ölçülüb, qiymətləndirilib, beynəlxalq təcrübədə öyrənilib. Güman edirəm ki, bu gün məktəblərdə yaxşı oxuyan şagirdlər həmin proqram əsasında təhsil alırlar. Təbii ki, ali təhsilli valideynlər uşaqlarına ev tapşırıqlarının yerinə yetirilməsində daha rahat kömək edir. Lakin təhsili olmayan valideynlər üçün bu proqramların öhdəsindən gəlmək çətin olur”. (apa) / Teqlər : #Orta məktəb dərslikləri lazımi səviyyədə deyil, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali təhsil sistemində yeni peşə standartları tətbiq olunacaq Universitetlərdə qış imtahanları fərqli üsullarla keçiriləcək