Pakistan 8 min edam məhkumundan daha 12-si asdı

Pakistanda ölüm cəzasının yenidən tətbiq olunmasına başlamasından sonra daha 12 məhkum edam edilib.
 
Maide.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında edama məhkum edilən və amnistiya tələbi prezident tərəfindən rədd olunan 12 nəfərin cəza çəkdikləri Kəraçi, Multan, Faysalabad, Gujranvala, Jhang, Ravalpindi və Mianvali şəhərlərindəki həbsxanalarda bu gün səhər edam edildiyi deyilir.
 
Açıqlamada edam edilən məhkumlar arasında yalnız terror cinayətkarları deyil, qətl və təcavüz ittihamlardan edama məhkum edilənlərin da olduğu bildirilir.
 
Qeyd edək ki, Pakistanda edam cəzalarının həyata keçirilməsi 2008-ci ildə tətbiq olunan moratoryumla dayandırılmışdı. Ancaq ötən ilin 16 dekabrında Pakistan Talibanı terrorçularının Pişavər şəhərindəki bir məktəbdə təşkil etdiyi hücumda çoxu uşaq olmaqla 150 nəfəri öldürməsindən sonra edam cəzası yalnız terror hökmləri üçün həyata keçirilməyə başlanılmış və 25 məhkum edam edilmişdi.
 
Pakistan Daxili İşlər Nazirliyi keçən həftə edam cəzasında vaxtın dəyişdirilməsinin tamamilə ləğv edildiyini və amnistiya tələbi Prezident tərəfindən rədd edilən məhkumların edam ediləcəyini açıqlanmışdı.
 
Xatırladaq ki, Pakistanda 8 mindən çox edam məhkumu var.

Google+ WhatsApp ok.ru