Pakistanın Mərdan şəhərində terror hücumu: 12 ölü, 52 yaralı

Pakistanın Mərdan şəhərində terror hücumu: 12 ölü, 52 yaralı

Pakistanın şimal-qərbində Mərdan şəhərində yerli məhkəmə binasının önündə baş verən iki partlayış nəticəsində 12 nəfər ölüb, 52  nəfər yaralanıb. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərdan şəhər təcili tibbi yardım xidmətinin rəsmisi Həris Həbib deyib ki, ölkənin şimal-qərb hissəsində yerləşən Xeybər-Pahtunhva bölgəsində yerli bir məhkəmə binasında iki partlayış baş verib. “İlk öncə kiçik bir partlayış, daha sonra böyük partlayış baş verib. Hücumda aralarında vəkil, polis və mülki şəxslərin də olduğu ən az 12 nəfər həlak olub, 52 nəfər isə yaralanıb”.
 
Terror aktını Talibanın tabeliyində olan Cəmaatül-Əhrar terror təşkilatı üzərinə götürüb. 
 
Terror aktı şəhərin xristian bölgəsinə edilən hücumdan bir neçə saat sonra həyata keçirilib. 
 
Qeyd edək ki, cümə günü səhər həmçinin Pakistanın şimal-qərbində Xeybər bölgəsində də intihar hücumları olub, ən az bir nəfər həlak olub və bir neçə nəfər yaralanıb. 
 

Google+ WhatsApp ok.ru