İsrail rejimi ABŞ-dan 50 milyard dollarlıq hərbi yardım istədi

Maide.az "Anadolu Ajanas"a istinadən xəbər verir ki, İsrail rejiminin baş naziri Binyamin Netanyahu ABŞ-da Şimali Amerika yəhudiləri Federasiyasının Baş Assambleyasındakı çıxışı zamanı prezident Barak Obamanın İsrailə 50 milyard dollarlıq hərbi yardımla bağlı qərar qəbul etdiyini deyib. 
Qeyd edək ki, sionist rejim dünyada həcminə görə ABŞ-dan hərbi yadım alan dövlətlər arasında birinci yerdədir. İkinci dünya müharibəsi başa çatandan indiyədək bu məqsədlə ABŞ-dan 124,3 milyard dollarlıq yardım alınıb.
2007-ci ildə ABŞ-ın o vaxtkı prezidenti kiçik Corc Buş rejimə 10 il müddətinə 30 milyard dollarlıq yardım paketi verilməsi ilə bağlı sənəd imzalayıb. Barak Obama da Binyamin Netanyahu ilə görüşdən sonra bildirib ki, ABŞ İsrailə hərbi ehtiyaclarını ödəmək üçün hərtərəfli yardım edəcək. 

Google+ WhatsApp ok.ru