Parisdə terror aktı törədən şəxslər silahı haradan alıb?

Maide.az xəbər verir ki, Parisdə noyabrın 13-də törədilən qanlı terror aktlarında iştirak edən şəxslər silahı internet vasitəsi ilə Almaniyadan alıblar.
 
Məlumatı Almaniya təhlükəsizlik orqanlarındakı mənbələrə əsaslanaraq "Bild" qəzeti dərc edib. Almaniyadakı silah tacirindən əsasən avtomat alan terrorçular, daha sonra Fransa paytaxtında 130 nəfəri qətlə yetiriblər.
 
Terror aktlarına aidiyyəti olan bütün şəxslərin tutulması üçün Fransa ilə yanaşı, Belçika və Almaniyada da axtarış-əməliyyat tədbirləri keçirilib.

Google+ WhatsApp ok.ru