Payız tətili günlərinin sayı artacaqmı? – AÇIQLAMA

Payız tətili günlərinin sayı artacaqmı? – AÇIQLAMA

Azərbaycanın orta məktəblərində gələn həftə bu ilki tədris ilinin ilk tətili olacaq.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Trend-ə verdiyi məlumata görə, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq. Lakin tətil günlərinin ikisinin – 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.
 
C.Valehov bildirib ki, şagirdlər noyabrın 21-də dərslərdə iştirak etməlidirlər. /

Google+ WhatsApp ok.ru