Pentaqon ABŞ-Türkiyə birgə hava qüvvələri manevrindən xəbər verib

Amerika Müdafiə Nazirliyi Pentaqon dünən gecə açıqlama yayaraq bildirib ki, ABŞ və Türkiyə hava qüvvələri Türkiyənin mərkəzindəki Konya hava limanında birgə manevr keçirirlər.
 
Maide.az xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Stiv Varen müxbirlərə "Anadolu qartalı" adlı manevrin on gün davam edəcəyini bildirib. 
 
Polkovnik Varen qeyd edib ki, bu manevr Amerika hava qüvvələrinin logistik və döyüş əməliyyatı, eləcə də iki ölkənin hava qüvvələri arasında taktiki həmkarlığın artıırılması üzərində təmərküzləşəcək.
 
Küveyt xəbər agentliyinin məlumatına görə, iki ölkənin hava qüvvələrindən təqribən 250 nəfər və on iki F-15 qırıcısı bu manevrdə iştirak edir.

Google+ WhatsApp ok.ru