Poroşenki milyarderi özünə müşavir təyin etdi

Maide.az xəbər verir ki, "Forbes" jurnalında 1284 nömrə ilə 1.3 milyard sərvətə malik olduğu bildirilən Ukrayna prezidenti Pyotr Poroşenko, "Forbes" jurnalında 1410 nömrə ilə 1.2 milyarda sahib olan Yuriya Kosyuku öz müşaviri təyin edib. 
 
Bu barədə Ukrayna prezidenti öz Twitter səhifəsində yazıb.
 
Y.Kosyuk "Mironovun məhsulları" aqroholdinqin sahibidir.
 
Bundan əvvəl isə o, Ukrayna Prezident Administrasiyası başçısının birinci müavini vəzifəsində çalışıb. 
 
Yuri Kosyuk 1968-ci ildə anadan olub.1998-ci ildə "Mironovun məhsulları" holdinqini qurub. Şirkətin əsas işi quşçuluq və taxıl istehsal etməkdir.

Google+ WhatsApp ok.ru