Prezidentlər Sankt-Peterburqda nədə razılığa gəliblər? 22 İyun 2016 01:00 Qarabağ xəbərləri Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunub. ANS TV-nin məlumatına görə, bunu iyunun 20-də Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşünü şərh edərkən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. N.Məmmədovun bildirməsinə görə, bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verilib. «Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər», - deyə administrasiya rəhbərinin müavini bildirib. İyunun 20-də isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir. Teqlər : #Prezidentlər SanktPeterburqda nədə razılığa gəliblər?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olacaq Atəşkəs 13 dəfə pozulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni