Putin Qazaxıstana gedib

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Belarusun dövlət başçıları Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə martın 20-nə nəzərdə tutulan görüş üçün Astanaya gedib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, dövlət başçılarə Ukraynadakı situasiyanı və Minsk razılaşmasının yerinə yetirilməsi gedişini müzakirə edəcəklər.

Qeyd edək ki, bundan öncə Reuters Qazaxıstandakı mənbələrə istinadən bildirmişdi ki,  Rusiya prezidenti Vladimir Putin bu həftə Qazaxıstana planlaşdırılan səfirini təxirə salıb. Məlumatda bildirilmişdi ki, səfər Pitinin xəstəliyi səbəbindən təxirə salınıb. /

 

Google+ WhatsApp ok.ru