Qəzzada min uşaq həyatını əlil şəkildə davam etdirəcək

Fəaliyyət sahəsi Orta Şərq ilə Şimal Afrika olan və mərkəzi İsveçrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqqları Evi (Euro-Mid) tərəfindən yayımlanan açıqlamada, "Qəzza zolağındakı Araşdırma Qrupları İsrail hücumları nəticəsində 3 min qəzzalı uşağın yaralandığını və bunlardan mininin əlil olaraq həyatlarına davam edəcəyini müəyyən etdi" deyə bildirilir.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin beynəlxalq müqavilələri və razılaşmaları saymadan uşaqları, mülki vətəndaşları bilərəkdən hədəf aldığı bildirilən açıqlamada, vətəndaşlara qarşı işlənən "açıq-aşkar cinayətlər" üzündən İsrailin mühakimə olunmasının vacibliyi qeyd edilib.

Google+ WhatsApp ok.ru