Sionist rejim HƏMAS-ın şərtlərini qəbul etməyə məcbur oldu

Qəzza zolağında uzunmüddətli sülh razılaşması əldə olundu

Fələstinli qruplar və "Həmas" hərəkatı ilə  Sionist rejim Qəzza zolağında uzunmüddətli sülh razılaşmasının əldə olunduğunu elan edib.
 
ANS PRESS-in məlumatına görə, Qahirənin vasitəçiliyi ilə əldə olunmuş razılaşma hər iki tərəfin döyüş fəaliyyətini dayandırmasını, həmçinin Qəzza sektoru blokadasının yüngülləşdirilməsini nəzərdə tutur. 
 
Qəzza sakinləri bundan sonra özləri humanitar yardımı və tikinti materiallarını qəbul edə biləcək. Minlərlə insanın ölümü bahasına əldə olunmuş tarixi sülh razılaşması bu dəqiqələrdə Fələstin küçələrində bayram edilir.
 
Qeyd edək ki, artıq 50 gün davam edən əməliyyatlar ümumilikdə 2 mindən çox fələstinlinin şəhid olmasına və 68 İsrail vətəndaşının ölümünə səbəb olub. /

Google+ WhatsApp ok.ru