Qərb mediası: Nobel mükafatını Ayətullah Sistaniyə vermək lazımdır

Bəzi Qərb mediası yazır ki, Nobel sülh mükafatını İraqda sabitlik yaratdığı üçün Ayətullah Sistaniyə vermək lazımdır, nəinki ABŞ prezidenti və Avropa Birliyinə.
 
Maide.az xəbər verir ki, "Telegraf" qəzetinin jurnalisti Kolin Friman yazır ki, "Obamanı və avropa Birliyini unudun. Nobel sülh mükafatına doğrudan layiq olan şəxs İraqın dini siması Ayətullah Sistanidir."
 
Qeyd edək ki, 2005-ci ildə "Nyu York Tayms" qəzetinin yazarı Tomas Fridman belə yazırdı: "Əgər İraqda demokratiya çiçəklənməyə başlasa, buna görə İraq şiələrinin lideri Ayətullah sitaninin fətva və göstərişlərinə minnətdar olmaq lazımdır."
 
"Al-Monitor" da bu barədə öz məqaləsində belə yazır: "İraqda Ayətullah Sistaninin mövqeyinə diqqət etsək görərik ki, bu şəxs Nobel sülh mükafatına ən layiqli namizəddir. Regiondakı gərgin vəziyyəti məhz Ayətullah Sistaninin mövqeyi stabilləşdirdi".

Google+ WhatsApp ok.ru