Qəzzaya 12 yük maşını dərman göndərilir

Fələstin əmək naziri Məmun Əbu Şəhla Qəzzada dərman çatışmazlığının aradan qaldırılması üçün 12 yük maşını dərman göndəriləcəyini açıqlayıb.
Maide.az xəbər verir ki, Əbu Şəhla səhiyyə naziri Cavad Avadın dərmanların bölgəyə ən qısa zamanda çatdırılacağı sözünü verdiyini bildirib.
Xatırladaq ki, Qəzzada uzun müddətdir xroniki, genetik və psixoloji xəstəliklər başda olmaqla digər xəstəliklərin müalicəsində istifadə olunan dərmanların qıtlığı yaşanır.
Qəzza təcavüzçü İsrail rejiminin blokadasında olduğu üçün bölgəyə heç bir yardım aparmaq mümkün değil.//

Google+ WhatsApp ok.ru