Qəzzalı uşaqlara səyyar kitabxana

Qəzzalı uşaqlara səyyar kitabxana

Qəzzada uşaqları oxumağa təşviq üçün yay aylarında səyyar kitabxana xidməti təqdim olunur.
 
May ayının 16-dan Qərbi Şeria'dan Qəzzaya daxil olan səyyar kitabxana maşını, uşaqlara, rəngarəng oturacaq və masalarda kitablarla ünsiyyət imkanı verərək, onlarda oxuma sevgisi aşılamağı hədəfləyir.
 
Maide.Az xəbər verir ki, Almanya-Fransa Mədəniyyət Mərkəzinə aid bu səyyar kitabxana maşını, Avqust ayına kimi Qəzzalı uşaqların xidmətində olacaq. 
Avqust ayında Qəzzanı  tərk edəcək səyyar kitabxananın ilk ünvanı, 2014-cü iin İyul ayında qəsbkar İsrailin hücumlarının ən böyük hədəflərindən biri olan Xan Yunus şəhərinə aid Huzaa qəsəbəsi olacaq. 
 
Kitabxananın olmadığı bu ərazidə, bir çox kitabı bir arada görməyin həyəcanını yaşayan azyaşlılar, diqqətçəkici şəkil və hekayələri ilə kitabların daxili dünyası ilə tanış olmaqla bərabər, kitabxana heyətinin təşkil etdiyi müxtəlif formatda aktiv əyləncə vasitələri ilə vaxt keçirmək fürsəti oldu. 
 AA müxbirinə kitabxananın fəaliyyətləri haqqında məlumat verən koordinator Mahmud əl-Əsqəlani deyib: "Səyyar kitabxana hər il 3 ay Qəzzada fəaliyyət göstərir ".
Qəzzalı uşaqları oxumağa təşviq etmək istədiklərini deyən Əsqəlani, kitabxananın inkişafetdirici fəaliyyətlər tətbiq etdiyini, uşaqlara kitabları özlərinin seçməyi, səsli oxuma və oxuduqları haqqında danışma imkanları yaradıldığını bildirib.
 
 Xüsusən də şəhər mərkəzlərindəki kitabxanalara gələ bilməyən, çətin şəraiti olan sərhəd bölgələrinə getdiklərini bildirən Əsqəlani, "Bu bölgələrdə kitabxanaların olmaması səbəbiylə uşaqlar, dillərini və düşünmə qabiliyyətlərini gücləndirə bilmirlər" -deyə qeyd edib
 
 Səyyar kitabxana təcrübəsi haqqında danışan 11 yaşlı Hala Əbu Ruk, "Yay tətilində vaxtımı, ev işlərində anama yardım edərək keçirirəm. Bu kitabxanayla boş vaxtlarımı faydalı və əyləncəli keçirmə imkanı əldə etdim" -deyə müsahibəsində bildirib.

Google+ WhatsApp ok.ru