Qərbi Asiyada müharibə və intihar əməliyyatları qurbanlarının qorxunc STATİSTİKASI 09 Avqust 2017 01:00 Dünya Vaşinqton Universiteti Qərbi Asiyada (Yaxın Şərqdə) müharibə və intihar əməliyyatları qurbanlarının sayı haqqında aparılmış 15 araşdırmanın nəticəsini açıqlayıb. Maide.Az xəbər verir ki, “İnternational Journal of Public Health” jurnalında dərc olunan araşdırmalar göstərir ki, 2015-ci ilədək Qərbi Asiyada müharibə, zorlama, qətliam və intihar əməliyyatları qurbanlarının sayı 208179 nəfər təşkil edib. “2015-ci ildə müharibə qurbanlarının sayı 144 min nəfər olub. Britaniyanın "Guardian" qəzetinin məlumatına görə, Yaxın Şərqin 600 milyon əhalisi var. Araşdırmanın nəticəsinə görə, Qərbi Asiyada xalq arasında zorakılıq və intihar əməliyyatları son yarım əsrdə dünyanın digər bölgələri ilə müqayisədə çoxalıb. Vaşinqton Universittinin Statistika Mərkəzinin Qərbi Asiya üzrə layihə rəhbəri Əli Miqdad bildirib ki, Yaxın Şərqdə davamlı zorakılıqlar bəzi bölgələrdə uşaqlar və yeniyetmələrin nəslinin kəsilməsinə səbəb olub. “Əgər tezliklə bu qədər cinayət və qətliamın qarşısını almaq üçün çıxış yolu tapılmazsa və sülh olmazsa, bölgəni qara tale gözləyir”. Ə.Miqdad deyib ki, bundan başqa Qərbi Asiyada müharibə və qətliamların nəticəsi olaraq pisxoloji xəstəliklər, o cümlədən depressiya, narahatlıq və ikili xarakterli insanların sayı hər gün artmaqdadır. / Teqlər : #Qərbi Asiyada müharibə və intihar əməliyyatları qurbanlarının qorxunc STATİSTİKASI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-dakı Müsəlman cəmiyyətindən Trampa çağırış Həcc və Ümrə ziyarətinə gedən qadın zəvvarlara ilk dəfə qadın tibbi personal xidmət göstərəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO