Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir – daha 8 nəfər yaralandı

Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir – daha 8 nəfər yaralandı

İşğalçı İsrail rejim  əskərləri  mühasirədə saxlanılan Qəzzanın cənubunda təşkil olunan “Böyük Qayıdış  Yürüşü” dinc aksiyasına odlu silahlarla hücum edib,  8 fələstinli yaralanıb. 
 
Maide.Az “AA”-a istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. 
 
Məlumatda yaralıların  sağlıq durumu ilə bağlı geniş məlumat verilməyib. 
 
Qeyd edək ki, mart ayının 30-dan Fələstin xalqı  Qəzzada Fələstinin işğal olunmuş  əraziləri ilə  sərhəddə  “Böyük Qayıdış Yürüşü” adlı dinc aksiyalar təşkil edir.  
 
İşğalçı rejim əskərləri isə  “öz doğma torpaqlarına qayıdışı və  2006-cı ildən Qəzzaya tətbiq olunan  qanunsuz  mühasirəni  ləğv etməyi” tələb edən dinc aksiyaçılara  həqiqi güllələrlə atəş açır. 
 
İşğalçı rejimin mart ayının 30-dan indiyədək davam edən hücumları nəticəsində aksiyalarda 200-dən çox  fələstinli şəhid olub, on minlərlə fələstinli isə yaralanıb. 
 

Google+ WhatsApp ok.ru