Qaçqınları aparan avtomobil karvanı yandı

Ukraynanın Luqansk vilayətində qaçqınları aparan avtomobil karvanı atəşə tutulub.
 
İnsident Krasnodar rayonunda baş verib. Ukrayna güc strukturlarının məlumatına görə, hücum nəticəsində xeyli insan ölüb. Ölənlərin sayı hələ dəqiqləşdirilməyib, lakin avtomobil karvanında gedənlərin hamısının öldüyü ehtimal edilir.
 
Onların əksəriyyəti açılan atəşin səbəb olduğu yanğın nəticəsində diri-diri yanıb.
 
Karvana ruspərəst separatçı qüvvələrin atəş açdığı iddia edilir.

Google+ WhatsApp ok.ru